Türkiyə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək

Texnologiya 3 Mart 2019 12:34 Oxunub 1350
Türkiyə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik"

Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay bildirib. O, qeyd edib ki, ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcısını təqdim edəcək. Lakin yeni silahin orduya 2031-ci ildə qəbul ediləcəyi planlaşdırılır. "Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik", - deyə Fuat Oktay qeyd edib.

Qeyd edək ki, Türkiyənin öz qırıcısını yaratması niyyəti 2017-ci ildə məlum olub.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh