Yeni avtonom robot bağlamalar çatdıracaq

Texnologiya 4 Mart 2019 23:45 Oxunub 1673
Yeni avtonom robot bağlamalar çatdıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda "FedEx" bu perspektivi "Pizza Hut" və "Walmart" şirkətləri ilə müzakirə edir

ABŞ-ın müxtəlif logistika xidmətləri göstərən "FedEx" şirkəti bağlamaların çatdırılması üçün "SameDay Bot" adlı avtonom robot təqdim edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, qurğu iki əsas hissədən - korpus və onun altında yerləşən şassidən ibarətdir. Korpusun ön və arxa tərəflərində robota ətrafdakıları öz hərəkətləri barədə məlumatlandırmağa imkan verən ekranlar quraşdırılıb. Korpusun sol tərəfində bağlamalar bölməsinə daxil olmağa şərait yaradan kiçik qapı yerləşir. Məlumata görə, "SameDay Bot" bir neçə kilometr məsafədə müştərilərə məhsulların çatdırılması üçün nəzərdə tutulub. Qurğu avtonom naviqasiyaya imkan verən lidar optik ötürücüsü və kameralarla təchiz edilib. Robotun şassisi dörd əsas və iki əlavə - öndə yerləşən kiçik təkərdən ibarətdir. Maksimal hərəkət sürəti saatda 16 km təşkil edən "SameDay Bot" robotu enişli-yoxuşlu yollarda hərəkət edə bilir. "FedEx" nümayəndələrinin sözlərinə görə, hakimiyyət oqranlarından icazə alındıqdan sonra robot əvvəlcə şirkətin Memfis şəhərində yerləşən mənzil-qərargahının ofisləri arasında bağlamaların çatdırılması üçün istifadə ediləcək. Sınaqların uğurla keçəcəyi təqdirdə digər şirkətlər üçün də bağlamaların çatdırılmasında belə robotlardan istifadəyə başlamaq nəzərdə tutulur. Hazırda "FedEx" bu perspektivi "Pizza Hut" və "Walmart" şirkətləri ilə müzakirə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh