DYP-nin yeni binası - FOTOLAR

Xəbərlər 20 May 2014 16:57 Oxunub 3437
DYP-nin yeni binası - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbail rayon DYPŞ-yə yolu düşənlər əvvəlki ünvana deyil, yeni ünvana üz tutsunlar

Xəbər verdiyimiz kimi, Səbail rayon Dövlət Yol Polisi Şöbəsi əvvəlki binasından köçürülüb. Dövlət Bayrağı Meydanı yaxınlığındakı binadan köçən DYP şöbəsinin yeni ünvanı 20-ci sahə yaşayış massivindədir. Salyan şosesində yerləşən yeni bina daha müasir tiplidir və sürücülər üçün asan tapılan yerdədir. Yol polisinin köhnə binası isə artıq yerlə-yeksan edilib. Bu ərazidəki bütün binalar alınıb və sökülüb. Dənizdən, yeni bulvardan təxminən 200 metr aralıda yerləşən bu ərazidə otel kompleksinin tikintisi planlaşdırılır. Buna görə də, Səbail rayon DYPŞ-yə yolu düşənlər əvvəlki ünvana deyil, yeni ünvana üz tutsunlar. Yeni ünvan Salyan yolu şosesidir. «Azpetrol»un yaxınlığında yeni və möhtəşəm binada fəaliyyətə başlayan Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin köhnə binası yoxdur. Avtosfer.az saytı yeni binanın fotolarını təqdim edir.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh