Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR

Xəbərlər 10 Aprel 2019 14:26 Oxunub 1349
Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərdən şikayət var

Ölkənin bir çox yerlərində, xüsusilə də Bakıda avtomobillərin qanunsuz parklanmasına qarşı tədbirlər görülür. Paytaxtın mərkəzi küçələrinin bəzilərində avtomobillərin dayanma-durması qadağan edilib. Lakin şəhərin ən mərkəzi küçələrində bu mübarizə aparılsa da gözdənkənar qalan ara küçələrdə vəziyyət acınacaqlıdır. Bununla bağlı paytaxtın Dilarə Əliyeva küçəsininin sakinləri Modern.az-a şikayət ünvanlayıb. Sakinlər küçələrində aparılan abadlıq işlərindən razı olsa da, səkilərdə avtomobillərin park edilməsindən şikayətlənirlər:

“Bizim yaşağımız Nəsimi rayonunda küçələr çox gözəl təmir-abadlaşdırma işləri gedir və bundan çox məmnunuq. Təbii ki, hər yerdə olduğu kimi bizim küçədə də bəzi mənfi cəhətlər var, amma ümumilikdə götürəndə görülən işlər yaxşıdır”.

Sakinlər deyir ki, piyadaların rahat hərəkəti üçün hündür səkilər təşkil edilib. Amma həmin yerlərdə sürücülər avtomobilləri saxlamaq üçün istifadə edirlər. “Avtomobillərin səkilərdə dayanmasının qarşısını almaq üçün səkilər hündür edilib. Amma görünən odur ki, avtomobil sahibləri bunun da bir yolunu tapıb avtomobillərini ora çıxarırlar. Şəhərin bir çox mərkəzi yerlərində avtomobillərin səkilərdə parklanmasının qarşısını almaq üçün tumbalar quraşdırılıb. İstərdik ki, Dilarə Əliyeva, Mirzə İbrahimov, Vidadi küçələri və başqa küçələrə də belə tumbalar qoyulsun. Aidiyyəti orqanların bununla bağlı tədbir görməsini istəyirik”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh