Avtosfer.az | Reklam
Mingəçevirdə gənc usta kvadrasikl hazırlayıb - FOTO
Texnologiya 18 Aprel 2019 18:38 552 dəfə oxunub
Mingəçevirdə gənc usta kvadrasikl hazırlayıb - FOTO
Nəqliyyat vasitəsi saatda 90-110 km sürət həddi yığa bilir

Mingəçevirdə 25 yaşlı usta “Kvadrasikl” nəqliyyat vasitəsi hazırlayıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, şəhər sakini Vladimir Kalidin nəqliyyat vasitəsini hazırlamaq üçün 3-4 vaxt sərf etdiyini bildirib. Bu texniki vasitə müəllifə 800-1000 manat vəsait hesabına başa gəlib. “Kvadrasikl”in hazırlanması zamanı “Mersedes”, “VAZ” markalı minik avtomobillərinin və motisklet detallarından istifadə olunub. Nəqliyyat vasitəsi saatda 90-110 km sürət həddi yığa bilir. Vladimir Kalidin qardaşı Denisin yaxından köməyilə qısa müddətdə ərsəyə gətirdiyi texnikanı şəxsi ixtirası kimi rəsmən qeydiyyatdan keçirmək niyyətindədir. Bundan sonra onun təkmilləşdirilməsi və yeni layihələr üzərində işləmək istəyi də var.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh