Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq - VİDEO

Yeniliklər 26 Aprel 2019 20:50 Oxunub 3254
Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yol son mərhələdə keçmiş şəfa stadionunun yanından keçməklə ziya bünyadov prospektinə birləşəcək

Bakıda 4 böyük prospekti birləşdirən və eni 80 metr olan yeni yol çəkiləcək. Artıq "Bakı Ağ Şəhər" çərçivəsində 80 metr enində yeni əlaqələndirici prospektin layihələndirilməsi işləri başlayıb. 4 prospekti birləşdirəcək yeni yol məhz ağ şəhərdən başlayacaq. Ağ Şəhərin şərqindən başlayacaq yeni yolun layihələndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi planlaşdırılır.
Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş "Ağ Şəhər 2" metro stansiyasına da keçidlər nəzərdə tutulub.
Yeni yol son mərhələdə keçmiş şəfa stadionunun yanından keçməklə ziya bünyadov prospektinə birləşəcək.


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh