Dünyanın ən hündür dağ ərazisində yerləşən avtomobil tuneli

Yeniliklər 28 Aprel 2019 12:16 Oxunub 1689
Dünyanın ən hündür dağ ərazisində yerləşən avtomobil tuneli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güman edilir ki, tunel şərqi Tibbetin qapısı olacaq və turizmin inkişafına təkan verəcək

Çində dünyanın ən hündür dağ ərazisində yerləşən avtomobil tuneli istifadəyə verilib.

Avtosfer.az “RIAfan”a istinadən xəbər verir ki, tunel Tibet muxtar rayonunda dəniz səviyyəsindən 4750 metr hündürlükdə yerləşir, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Tunel, 400 kilometrlik Nıinqçi və Lhasoy şəhərlərini birləşdirən magistral yolunun 5,7 kilometrlik hissəsini təşkil edir.

Layihə rəhbəri Qun Binyanın sözlərinə görə, işin ən çətin yeri yüksəkliyə tikinti materiallarını daşıyan zaman oksigen çatışmazlığı olub.

Tunelin inşasına 2015-ci ildə başlanılıb.

Güman edilir ki, tunel şərqi Tibbetin qapısı olacaq və turizmin inkişafına təkan verəcək.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh