Hərracda "Kia Pregio" 4 min manata satılıb

Avtobazar 30 Aprel 2019 16:21 Oxunub 1681
Hərracda "Kia Pregio" 4 min manata satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
7 minlik “QAZ” markalı nəqliyyat vasitəsi 9 min 400 manata alınıb

Aprelin 30-u Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Avtosfer.az ƏMDK-nə istinadən xəbər verir ki, hərracda 2 nəqliyyat vasitəsi satılıb. Belə ki, 2006-ci ilin istehsalı olan “QAZ” markalı nəqliyyat vasitəsi üçün 5 sifarişçi hərracda iştirak edib. Bu avtomobilin ilkin hərrac qiyməti 7 min manat təyin olunsa da, qalib iştirakçı 9 min 400 manat təklif edərək onu özəlləşdirib. Rəqabətli hərrac “Kia Pregio” markalı avtomobil üçün də xarakterik olub. 2000-ci ildə istehsal olunan nəqliyyat vasitəsi üçün 3 sifariş qəbul edilib. Dövlət əmlakı hərracda 4 min 100 manata özəlləşdirilib.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh