Bakıda lüks avtomobil dəhşətli qəza törətdi: ÖLƏN VAR - 90 OG 002

Qaydalar 1 May 2019 12:53 Oxunub 6326
Bakıda lüks avtomobil dəhşətli qəza törətdi: ÖLƏN VAR - 90 OG 002
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Naməlum piyadanı 002 vurub, 562 isə üstündən keçib

Bakıda dəhşətli yol qəzası baş verib. Bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü 90 OG 002 dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

Həmin fotoları təqdim edirik.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh