"Azərsığorta" saxta sənəd verib vətəndaşı süründürür - FOTO

Xəbərlər 4 May 2019 23:06 Oxunub 2261
"Azərsığorta" saxta sənəd verib vətəndaşı süründürür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyyat hissə təmir olunub, amma vətəndaşa verilmir

Azərbaycan Dövlət Sığorta Şirkəti Avtosfer.az saytının əməkdaşına qarşı süründürməçilik edir. Belə ki, Azərbaycan Dövlət Sığorta Şirkətində sığortalanmış avtomobil yol hərəkəti qaydasını pozaraq saytımızın əməkdaşının avtomobilinə yüngül zərər vurub. Yol nəqliyyat hadisəsi rəsmiləşdirildikdən sonra DYP-dan verilən forma 4 və digər sənədlər sığorta şirkətinə çatdırılıb. Bundan sonra avtomobil qiymətləndirilib və sığorta şirkətinin Vüsal Hacıməmmədov adlı əməkdaşı 29.04.2019-cu il tarixli "Təmirə Yönləndirmə"-yə dair akt tərtib edərək avtomobilin zədələnmiş detalını servis mərkəzinə göndərib.
Həmin aktda "Sənədlər Qaydasındadır" bölməsini təsdiq ediblər. Lakin hal hazırda sığorta şirkətinin servis mərkəzinin rəhbəri Dərgah adlı şəxs təmir olunmuş detalı sürücüyə verməkdən imtina edir. Səbəb kimi isə bildirir ki, DYP-dan verilən sənədin bir yerində ağardıcı məhluldan istifadə edərək yenidən yazı yazılıb. Sənəddə bu problem olduğuna görə sığorta servisə ödəniş etməyəcək.
Buradan sual yaranır ki, əgər sənədlər qaydasında deyildisə avtomobilin təmirə yönləndirilməsi ilə bağlı verilən aktda sənədlərin qaydasında olmasını necə təsdiq ediblər və zədələnmiş detal necə təmir olunub? Deməli, bu akt saxta və keçərsiz bir sənəddir. 

Ümid edirik ki, yaranmış süründürməçiliklə bağlı yuxarı instansiyalar müvafiq tədbirlər görəcək.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh