Bakıda daha bir “avtoş” həbs edildi – Kirayə avtomobillə şou göstərirmiş – FOTO

Qaydalar 5 May 2019 01:36 Oxunub 2232
Bakıda daha bir “avtoş” həbs edildi – Kirayə avtomobillə şou göstərirmiş – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə onu 1 il müddətinə sürücülük vəsiqəsi almaq hüququndan da məhrum edib

Bakının mərkəzi küçələrində avtoxuliqanlıq edərək yol polisinə tabe olmayan sürücü saxlanılıb. Lakin saxlanıldıqdan sonra onun sürücülük hüququnun olmadığı üzə çıxıb. Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) verilən məlumata görə, Beyləqan rayon sakini, 25 yaşlı Pərvin Mübariz oğlu Hümbətov 99 MV 166 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobillə təhlükəli manevrlər etdiyi üçün Əziz Əliyev küçəsində ona “saxla” işarəsi verilib. Lakin o, maşını saxlamaq əvəzinə qaçmağa çalışıb. Avtomobili polisin üstünə sürərək qaçan sürücü Prezident Adminstrasiyasının qarşısında saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, Pərvin Hümbətovun sürücülük hüququ yoxdur. Avtomobil isə kirayədir. Daha doğrusu, avtomobili yaxın qohumunun kirayə salonundan götürərək idarə edirmiş.
Pərvin Hümbətov barəsində toplanmış materiallar Səbail Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə P.Hümbətov 25 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, məhkəmə onu 1 il müddətinə sürücülük vəsiqəsi almaq hüququndan da məhrum edib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh