Sükan arxasında yatan sürücü TIR-a çırpıldı: 2 yaralı - FOTO

Avtosfer Foto 14 May 2019 16:23 Oxunub 1948
Sükan arxasında yatan sürücü TIR-a çırpıldı: 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar təcili tibbi yadım maşınları ilə xəstəxanaya yerləşdiriliblər

Türkiyənin Bursa əyalətində sükan arxasında yatan sürücü TIR-a arxadan çırpılıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident mayın 14-ü səhər saatlarında Ankara-Bursa magistralında baş verib.

Bursa istiqamətində hərəkətdə olan 34 BNF 318 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yaşar K. iddiaya görə sükan arxasında yuxulayaraq Volkan D.-nin idarəetməsində olan 16 SIU 12 qeydiyyat nişanlı TIR'ı arxadan vurub.

Çırpılmanın şiddətindən sürücü və sərnişin nəqliyyat vasitəsində sıxışmış vəziyyətdə qalıblar.

Ətrafda olan digər sürücülərin çağırışı ilə hadisə yerinə gələn xilasetmə briqadaları, sıxışmış vəziyyətdə qalan yaralıları avtomobilin damını kəsərək çıxarıblar.

Xəsarət alanlar təcili tibbi yadım maşınları ilə xəstəxanaya yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh