"Lukoil" bir gündə müştərilərdən 40 litr benzin kəsdi - ŞOK FIRILDAQ
Oxucu məktubları 15 May 2019 14:39 638 dəfə oxunub
"Lukoil" bir gündə müştərilərdən 40 litr benzin kəsdi - ŞOK FIRILDAQ
Yanacaqdoldurma məntəqəsinə girəndə maşında azı 8-9 litr benzin var idi

Vətəndaş Azər Nəcəfov kənar dairəvi yolda “Lukoil” yanacaqdoldurma məntəqəsi ilə bağlı başına gələn hadisəni Avtosfer.az-a danışıb. Vətəndaş deyir ki, özünə məxsus “Nissan Sunny” markalı avtomobilin 55 litr tutumu olan yanacaq çənini “Lukoli” yanacaqdoldurma məntəqəsində doldurub. Çeki alanda isə o, təəccüblənib. Belə ki, 54.4 litr yanacaq vurulduğu yazılıb. “İndi belə çıxır ki, mən boş çən ilə maşın sürüb gəlmişəm. Amma yanacaqdoldurma məntəqəsinə girəndə maşında azı 8-9 litr benzin var idi.”

Vətəndaş deyir ki, həmin vaxt yanacaq çəninin tutumunu dəqiq bilmədiyi üçün mübahisə etməyib. Daha sonra məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb. Şirkətdən deyiblər ki, həmin benzin kolonkasında texniki problem olub və ümumilikdə müştərilərə əlavə 40 litr benzin yazılıb. Gəlin ya benzini, ya da pulunuzu qaytaraq.

“İndi bilmirəm həqiqətən belədir, ya özləri qəsdən belə deyirlər ki, müştəri narazı qalmasın. Təsəvvür edin bir gündə hər kolonkadan 40 litr benzin kəsiləndə hara çıxır.”

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh