Avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücü cərimələnəcək
Avtoxəbər 18 May 2019 20:03 2586 dəfə oxunub
Avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücü cərimələnəcək
Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq

Avtomobildən düzgün istifadə edilməməsi cərimə sanksiyasına səbəb ola bilər. Dünyada müxtəlif səbəblər üzündən sürücünün cərimə edilməsini nəzərdə tutan qanunların sayı get-gedə artmaqdadır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Madriddə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər. İspaniya paytaxtının hakimiyyət orqanları avtomobillərlə bağlı yeni qaydalar qəbul ediblər. Bu qaydaların 46.2-ci maddəsinə əsasən hər bir sürücü nəqliyyat vasitəsini dayandırarkən mühərriki söndürməyə borcludur. Həmin maddənin qəbul edilməsi çoxsaylı mübahisələrə səbəb olub. Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh