"Taxify"dan şikayət: sürücülər müştəriyə görün nə təklif edir

Xəbərlər 19 May 2019 14:00 Oxunub 2633
"Taxify"dan şikayət: sürücülər müştəriyə görün nə təklif edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hərəkətlər qəbulolunmazdır

Lətifə Yaşar adlı vətəndaş Bolt Taxify şirkətinin sürücülərindən şikayət edib. Avtosfer.az xəbər verir ki, xanım  artıq 2-ci dəfədir evə 12-dən gec qayıdanda sürüclərin  "səmimiyyəti" ilə üz-üzə qalır. "Dünən "sən" deyə müraciət edərək çay içməyə əvət etdi. Mən isə bacardığım qədər mədəni danışarıq geri çevirdim. Sonradan "hər səhər gəlim səni işə mən aparım" kimi söhbətlərə başladı. Pulu verib, qalığını belə gözləmədən taksidən endim.

Mən bəzən gec saatlara qədər işdə və ya iclaslarda ola bilirəm. Mental dəyərlər çərçivəsindən kənarda belə bu hal qəbul olunmazdır."

Müştəri artıq bu şirkətin xidmətlərindən imtina etdiyini də bildirib.

Ümid edirəm, Taxify bu barədə nəsə tədbir görər. Ən azından sadiq və yeni istifadəçiləri üçün. Çünki mən artıq digər taksi xidmətindən istifadə etməyə başladım.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh