Bakının 81 yaşlı taksi sürücüsü - VİDEO
Maraqlı 20 May 2019 00:41 332 dəfə oxunub
Bakının 81 yaşlı taksi sürücüsü - VİDEO
Hətta şəhər tıxaclarında belə özünü rahat hiss etdiyini bildirir

1938-ci ildə dünyaya gəlib, 81 yaşı olmasına baxmayaraq hələ də hər gün paytaxtın tıxaclı yollarında mexaniki sürət qutulu avtomobil idarə edir.

Xezerxeber.az-ın məlumatına görə, artıq 60 ildir sürücülük edən Zöhrab dayı son 11 ildir ki, paytaxt yollarında taksi kimi fəaliyyət göstərir və hətta bir çox taksi sürücüsündən fərqli olaraq vergi ödəyicisidir.

Zöhrab dayı görməsində hər hansı fiziki probleminin olmadığını, hətta şəhər tıxaclarında belə özünü rahat hiss etdiyini bildirir.

Zöhrab dayı dərmandan istifadə etmədiyini və sürücülük vəsiqəsi üçün tibbi arayış almaqdan başqa heç vaxt həkimə getmədiyini bildirir.

81 yaşlı Zöhrab dayının 3 övladı 4 nəvəsi var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh