Babək prospektində bu ərazilər çökə bilər: DİQQƏT - SİYAHI

Yazarlar 21 May 2019 09:28 Oxunub 1796
Babək prospektində bu ərazilər çökə bilər: DİQQƏT - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AAYDA isə hələ də “daha vacib” işlərlə məşğuldur

Hələ ili tamam olmayan Babək prospektində artıq 4-cü dəfədir ki, çökmə baş verir. Hər dəfə də müxtəlif qəzalara səbəb olan bu çökmələr yolun keyfiyyətsiz təmirindən xəbər verir. Yoldan istifadə edən sürücülər Avtosfer.az-a təhlükəli ərazilər barədə məlumat göndəriblər.

1.Dəniz mebelin qarşısı.

2. Keşlə çıxışından “Dədəmin” işıqforuna dönən kimi.

3. UPD qəsəbəsinə girən yer.

4. NZS işıqforuna çatmamış yolun sağı.

5. “Piaono” tərəf.

“Bu ərazilərdə real çökmə təhlükəsi var. Amma nədənsə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini bu sanki maraqlandırmır. Elə bil gözləyirlər ki, hansısa bədbəxt hadisə baş versin, sonra dövlət büdcəsindən milyonlar alıb yenə görə sovursunlar.”

Sürücülər deyir ki, artıq bu yoldan istifadə etməyə qorxurlar. “Köhnə vəziyyətində bu yol daha təhlükəsiz idi. Ən azından çalaların harda olduğunu bilirdik və ehtiyatımızı saxlayırdıq. İndi istənilən an təkərin altında yol çökə bilər. Bu yol ilə axşam evimizə salamat gedə biləcəyimizə əmin deyilik. Ona görə də məcbur olub yolumuzu bir az uzadırıq ki, evə rahat gedək.”

Qeyd edək ki, sonuncu dəfə dünən ərazidə çökmə baş verib. Yaxınlıqdakı obyekt sahibləri sürücüləri xəbərdar etmək üçün ora təkər qoyublar. AAYDA isə hələ də “daha vacib” işlərlə məşğuldur.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh