“Ford” 15 min avtomobilini geri çağırır

Avtoxəbər 23 May 2019 12:36 Oxunub 1344
“Ford” 15 min avtomobilini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinə kimi buraxılan “Ford Explorer” markalı avtomobillərə aiddir

“Ford” şirkəti Rusiyada 14 576 avtomobilini geri çağırır. Avtosfer.az “Finans.az”a istinadən xəbər verir ki, tədbir 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinə kimi buraxılan “Ford Explorer” markalı avtomobillərə aiddir və təkərlərin tənzimlənməsi qolunda mümkün çatların yaranması ilə əlaqədardır.

Xatırladaq ki, avtomobil istehsalçısı daha əvvəl Şimali Amerikada ötürüçü qutudakı mümkün problemlə əlaqədar 2013-2016-cı illərdə istehsal edilən 270 min “Ford Fusion” sedanını geri çağırdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh