Korroziyaya qarşı ən davamlı və ən həssas avtomobil modelləri açıqlanıb

Avtoxəbər 24 May 2019 20:05 Oxunub 1324
Korroziyaya qarşı ən davamlı və ən həssas avtomobil modelləri açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta elastik modellərin yenidən çıxarılması zamanı əlavə çətinliklər yarana bilər

İsveçin Korroziya İnstitutunun mütəxəssisləri korroziyaya qarşı ən davamlı və həssas avtomobilləri müəyyən ediblər. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, xüsusilə, 2003-2005-ci illərdə istehsal edilən avtomobillər arasında korroziyaya qarşı ən yüksək davamlılığı "Audi A4", "Mercedes C-Class", "Volkswagen Golf" modellərində nümayiş olunub. 2004-2005-ci illərdə istehsal olunan avtomobil modellərindən isə "Nissan Micra", "Renault Megane", "Volvo 40-series", "Skoda Octavia", "Mitsubishi Carisma", "Opel Astra" və "Citroen C5" korroziyaya daha davamlı olduqları bildirilib.

Korroziyaya ən həssas avtomobillər arasında isə 2003-2005-ci illərin istehsalı olan "Mazda 6", "Ford Focus", "Ford Mondeo", "Kia Picanto", "Toyota Corolla", "Mercedes E-class", "Meredes A-class", "Volkswagen Passat" və digər avtomobil modelləri yer alıb.

Buna baxmayaraq, İsveçin Korroziya İnstitutunun mütəxəssisləri dünyada korroziyaya uğramayan avtomobillərin olmadığını da bildiriblər. Hətta elastik modellərin yenidən çıxarılması zamanı əlavə çətinliklər yarana bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh