Yasamalda daha bir "avtoş" tutuldu - VİDEO

Avtosfer TV 25 May 2019 10:43 Oxunub 2393
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü barəsində 15 gün müddətində həbs seçilib

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları 99 SD 287 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü Əflatun Qənbərovu saxlayıblar. Sürücü avtoxuliqanlıq edərək qaydaları kobud şəkildə pozub. Əflatun Qənbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən protokol tərtib olunub.

Onun barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına görə, Əflatun Qənbərov 15 gün müddətində həbs olunub və sürücülük hüququnun 1 il müddətində məhdudlaşdırılıb.

Avtosfer.az videonu təqdim edir:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh