"Formula 2": Mixael Şumaxerin oğlu Monakoda qəza törədib
Yarışma 25 May 2019 13:33 229 dəfə oxunub
"Formula 2": Mixael Şumaxerin oğlu Monakoda qəza törədib
Yarışın ilk bölümündə "5-lik"də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2"nin Monakoda keçirilən 5-ci mərhələsində qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yarışın ilk bölümündə "5-lik"də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub. Şumaxer bu zaman tıxacın yanından keçmək istəyib. Epizodların birində o, maşınını Tatyana Kalderonun avtomobilinə vurub və onun yolunu bağlayıb. Bu hadisəyə qırmızı bayraqa səbəb olub. Mik Şumaxer yarışı 14-cü pillədə bitirə bilib. Monako Qran-prisində "Formula-2" yarışının ilk qalibi ART komandasından Nik de Vris olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh