"Baqaj"dan uçan taxta qəzaya səbəb oldu: "Prado" aşdı, "Opel" çevrildi - REAL VİDEO

Avtosfer TV 11 İyun 2020 12:15 Oxunub 15336
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə əsas səbəbkar olan sürücü heç nə olmamış kimi yoluna davam edir

Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, yükdaşıma qaydalarını pozan VAZ 21 07 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə  düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. “Prado”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Prado” ya çırpılır. Nəticədə “Prado” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır.

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 21 07-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir. Avtosfer.az bu dəhşətli qəzanın görüntülərini təqdim edir:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh