Hidrogenlə işləyən ilk uçan avtomobil nümayiş olunub – FOTO

Texnologiya 30 May 2019 20:22 Oxunub 1642
Hidrogenlə işləyən ilk uçan avtomobil nümayiş olunub – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçan avtomobilin ilk sınaqlarının yaxın günlərdə başlaması gözlənilir

ABŞ-ın Kaliforniya ştatında hidrogen yanacaqla işləyəcək ilk uçan avtomobil nümayiş olunub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Skai” adlandırılan altı mühərrikli avtomobil bir dəfəyə 500 kilometr məsafə qət edə və beş sərnişin daşıya biləcək. Hidrogen yanacaq sayəsində ətraf mühitə heç bir zərər dəyməyəcək. Avtomobilin pərləri səsin mümkün qədər azaldılması üçün xüsusi olaraq hazırlanıb. Altı mühərrikli avtomobilin təhlükəsizliyi üçün bütün incəliklər nəzərə alınıb. Mühərriklərin ikisi sıradan çıxsa belə, “Skai” uçmağa davam edəcək. Hidrogen yanacaqla işləyəcək uçan avtomobilin ilk sınaqlarının yaxın günlərdə başlaması gözlənilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh