Bu pərdəni vuranlar cərimələnəcək - 150 manat

Qaydalar 31 May 2019 20:37 Oxunub 1658
Bu pərdəni vuranlar cərimələnəcək - 150 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qaydaların dəyişməsi ilə bağlı yayılan xəbərlər əsassızdır, qanuna heç bir dəyişiklik olunmayıb”

Azərbaycanda 1 maydan 15 noyabra qədər maşınların arxa-yan şüşələrinə pərdə və jalüzlərin vurulmasına icazə verilir. Son günlər qanuna dəyişikliklə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və bu yöndə verilən açıqlamalar çaşqınlığa səbəb olub. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, pərdə və jalüzlərin istifadəsi mövsümlə tənzimlənir: “Ölkəmizdə avtomobillərin şüşələrinin qara olması ilə bağlı məhdudiyyətlər var. Lakin bu məhdudiyyətlərdən sui-istifadə edən sürücü və yol polislərinə də rast gəlmək mümkündür. Ölkəmizdə iqlim şəraiti nəzərə alınaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir. Əgər sürücü qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edərsə, 150 manat cərimələnəcək. Həmçinin, sürücülər avtomobilin şüşəsini tündləşdirən vasitələrdən də istifadə edə bilməzlər. Qaydaların dəyişməsi ilə bağlı yayılan xəbərlər əsassızdır, qanuna heç bir dəyişiklik olunmayıb”.

Qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz təyin olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh