İşıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəz ediləcək

Yeniliklər 1 İyun 2019 10:05 Oxunub 1167
İşıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəz ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq

Vyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq. Avtosfer.az "ICTnews"a istinadən yazır ki, sistem insanlar yolu keçməyə vaxt tapmadığı halda yaşıl siqnalın müddətini uzadacaq, əks halda isə onu vaxtından əvvəl söndürəcək. İstehsalçılar bildiriblər ki, insanın yaxınlaşmasını müəyyənləşdirməyə təxminən 2 saniyə tələb olunur. Beləliklə, Vyana hakimiyyəti şəhərdə yolun vəziyyətini yaxşılaşdırmaq istəyir. 2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq. Yeni sistem ilk öncə sınaq rejimində işləyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh