Bakıda qəza: "Audi" qəfildən dayandı, digəri ona çırpıldı - MARAQLI SƏBƏB - VİDEO

Avtosfer TV 3 İyun 2019 14:07 Oxunub 5383
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Audi”nin qəfil dayanmasına səbəb heç də sürücünün əyləci basması olmayıb

Bakıda maraqlı, bir az da qəribə qəza baş verib. Avtosfer.az xəbər verir ki, qəza anı təhlükəsiz şəhər kameralarına düşüb. İlk baxışdan adi qəza kimi görünsə də diqqətlə baxdıqda maraqlı məqamlar üzə çıxır. Belə ki, “Audi” markalı avtomobil hərəkət edir. Qarşısında hər hansı maneə olmasa da qəfil tormozlayır və arxadan gələn digər avtomobil ona çırpılır.

Qəza araşdırılan zaman məlum olub ki, “Audi”nin qəfil dayanmasına səbəb heç də sürücünün əyləci basması olmayıb. Avtomobilin qismən qarşısından piyada keçib. Bu zaman avtomatik dayanma funksiyası işə düşərək maşını saxlayıb. Bir çox müasir avtomobillərdə bu sensorla çalışır. Hər hansı maneəyə rast gəldikdə avtomobil özü dayanır. Amma görünür bəzən belə nəticələrə də yol açır.

Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh