Dəhşətli hadisədə ölən gənc qardaşlar yanaşı dəfn edildi - FOTO

Gündəm 3 İyun 2019 15:07 Oxunub 2829
Dəhşətli hadisədə ölən gənc qardaşlar yanaşı dəfn edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəfat edən qardaşların ikisi də ailəli olub

Şamaxı şəhərində dəhşətli qəzada vəfat edən 2 qardaşla bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş. Onlar iyunun 1-də yaşadıqları evə gedərkən, məhəlləyə dönəndə maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər. Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.

Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh