Təyyarə çimərliyə məcburi eniş etdi: aşmağa qanadı və pərləri mane oldu - VİDEO

Avtosfer TV 3 İyun 2019 21:05 Oxunub 1559
Təyyarə çimərliyə məcburi eniş etdi: aşmağa qanadı və pərləri mane oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza anı mobil telefon vasitəsi ilə qeydə alınıb

ABŞ-da yüngül mühərrikli təyyarə məcburi eniş edən zaman qəzaya uğrayıb. Bu barədə kadrlar “Facebook” sosial şəbəkəsində yayılıb. İnsident Nyu-Jersi ştatında, Oşen şəhərinin çimərliyində baş verib. “Cessna 182A Skylane” təyyarəsi Atlantik okeanın sahilinə enməsi çimərlikdə gəzintiyə çıxan şəxsin diqqətini cəlb edib və həmin qəza anını da mobil telefon vasitəsi ilə qeydə alıb.

Görüntülərdə təyyarənin yerə normal endiyi, sahil boyu təkərlər üzərində hərəkət etdiyi görülür. Bir müddət hərəkət edən hava gəmisi anidən arxa hissəsi havaya qalxaraq burnu üzərində qalır. Pərləri və sol qanadı onu aşmağa qoymur.

Bildirilir ki, qəzada pilot xəsarət almayıb, ancaq təyyarəyə ziyan dəyib.

Avtosfer.az “RenTV”yə istinadən baş verən hadisənin kadrlarını təqdim edir:

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh