Bakıda avtomobil qiymətləri - VİDEO

Avtobazar 4 İyun 2019 10:11 Oxunub 2009
Bakıda avtomobil qiymətləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təklifin tələbdən çox olduğu bazarda bəs qiymətləri kim müəyyən edir?

Ucuz baha köhnə təzə fərq etmir. Paytaxtda yerləşən avtomobil bazarında hər qiymətdə, hər rəngdə avtomobilə rast gəlmək mümkündür. Satanlar da çoxdu elə baxanlarda bəli düz eşitdiz, baxanlar. Çünki avtomobil bazarında apardığımız müşahidə zamanı alandan çox baxanlara rast gəldik. Havanın hərarətinin yüksək olması görünür avtomobillərin qiymətinədə təsir edib. Daha dəqiq qiymətlər əl yandırır desəm yanılmaram. Bir sözlə alıcılar qiymətlərin bahalığından, satıcılar müştəri qıtlığından isə danışır.

Təklifin tələbdən çox olduğu bazarda bəs qiymətləri kim müəyyən edir?

Avtosfer.az xəbər verir ki. ekspert Elməddin Muradlı REAL-a müsahibəsində bəzi satıcılar tərəfindən qiymətlərin süni şəkildə artırıldığını deyir. Məhz bu səbəbdən alıcı və satıcı arasında müəyyən narazılıqlar yaranır. Bazarda müştəri qıtlığı olsa da nadir hallarda maşın satanlar da tapılır. Şəkidən paytaxt Bakıya üz tutan və avtomobilini satmaq istəyən müsahibim deyir ki, avtomobilinə satış üçün real qiymət qoyduğundan müştəri tapa bilib.

Araşdırmamız zamanı bazarda daha çox Almaniya istehaslı avtomobillərə maraq olduğunu örgəndik. Rusiya istehsalı olan avtomobillər isə kameramızın obyektivində çox az görsəndi. Səbəb isə bu ölkə istehlası olan avtomobillərə tələbatın az olmasından irəli gəlir.

Bazarda alıcı və satıcının sözün həqiqi mənasında baş bəlasına çevrilən başqa bir məslə ilədə rastlaşdıq. Söhbət avtomobil alarkən onun sənədəlşdirilmə prosesindən gedir. Birazda sadə dildə desəm etibarnamədən. Alıcıların adətən 60 fazidən çoxu maşın alarkən onu etibarnamə ilə alırlar. Bəs etibarnamə ilə alınan avtomobilin konkret olaraq sahibi kim hesab edilir?

Apardığımız araşdırmadan sonra məlum oldu ki, avtomobil bazarında hələdə müəyyən tənzimlənməsinə ehtiyac duyulan bir sıra məsələlər var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh