“Fürsətcil” taksi sürücüsü qəzaya səbəb oldu – REAL VİDEO

Avtosfer TV 6 İyun 2019 09:30 Oxunub 1480
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü isə tıxacdan istifadə edərək yolu keçməyi qənimət bilir

Bakıda baş vermiş qəza təhlükəsiz şəhər kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, qəzaya səbəb ehtiyatsızlıq və qayda pozuntusu olub. Belə ki, işıqforun son saniyələrində yolayrıcına girən avtobus və avtomobillər digər maşınların yolunu kəsir. Bu zaman yalnız bir maşınlıq yer tapan sürücülər yolayrıcını keçirlər. “Mercedes” markalı avtomobilin sürücü isə tıxac olduğunu və bundan istifadə edərək yolu keçməyi qənimət bilərək qaydanı pozur. Bu zaman öz yolu ilə gələn bir avtomobili buraxır. Lakin avtobusun arxasından çıxan ikinci maşını görmür və nəticədə ona çırpılır.

Ümumiyyətlə bəzi sürücülərdə yolayrıcına girərək digərlərinə maneə yaratmaq “xəstəliyi” var. BNA bu cür halların qarşısını almaq üçün şəhərin bir sıra küçələrində sarı zolaqlar yaradıb. Amma bununla belə sürücülər son saniyədə keçə bilməyəcəyini dəqiq bilələr də yenə yolayrıcına daxil olurlar.

Avtosfer.az görüntüləri təqdim edir:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh