"Ford" cərimələnib

Avtoxəbər 7 İyun 2019 07:48 Oxunub 986
"Ford" cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin bu cür yanaşması şəhərdəki kiçik dilerləri qiymət muxtariyyətindən məhrum edib

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası "Ford"un Çindəki müştərək müəssisə olan "Changan Ford Automobile" şirkətini inhisarçılığa görə 162,8 milyon yuan (təxminən 23,6 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Avtosfer.az Azərtac-a istinadən bildirir ki, administrasiya "Changan Ford Automobile" şirkətinin 2013-cü ildən bəri Çinin antiinhisar qanununun tələblərini pozaraq Çunçin şəhərindəki satış dilerlərində avtomobillərin minimum qiymətini məhdudlaşdırdığını müəyyən edib. Qurumun bəyanatında deyilir ki, şirkətin bu cür yanaşması şəhərdəki kiçik dilerləri qiymət muxtariyyətindən məhrum edib, onların rəqabət imkanlarını məhdudlaşdırıb.

Dövlət Administrasiyası qeyd olunanları əsas götürərək, şirkəti Çunçin şəhərində 2018-ci il satışlarının 4 faizi məbləğində cərimələmək barədə qərar qəbul edib. "Changan Ford Automobile" 2001-ci ildə "Ford" və Çinin "Changan" şirkətlərinin müştərək müəssisəsi kimi yaradılıb. Hazırda Çunçin şəhərində istehsal sahəsi "Ford"un Detroytdakı zavodundan sonra dünyada ikinci ən böyük zavodudur. "Changan Ford"un bundan başqa Xancou və Xarbin şəhərlərində də zavodları fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh