Dincəlməkdən qayıdanların avtomobili aşdı: 3 ölü, 2-si uşaq 4 yaralı - FOTO

Avtosfer Foto 8 İyun 2019 17:53 Oxunub 1578
Dincəlməkdən qayıdanların avtomobili aşdı: 3 ölü, 2-si uşaq 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Qəhrəmanmaraş vilayətində idarəetmədən çıxan avtomobil çevrilərək yol kənarına aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident səhər saatlarında Elbistan-Makatya magistral yolunda qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 2-si uşaq olmaqla 4 nəfərdə xəsarət alıb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə xeyli sayda səhiyyə, polis və xilasetmə briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh