Sükan arxasında mobil telefon - ÖLDÜRÜR

Yazarlar 8 İyun 2019 23:54 Oxunub 1401
Sükan arxasında mobil telefon  - ÖLDÜRÜR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların başvermə səbəblərindən biri də mobil telefondur

Son vaxtlar taksi sürücülərinin törətdiyi qəzaların maraqlı səbəbi ortaya çıxır - mobil telefon. Müştərini online qaydada qəbul etmək üçün mobil telefona proqram yazdırıb daim izləyirlər. Çünki müştərinin sifarişinə kim tez cavab versə o da qabağa düşür. Bu zaman diqqət yönəlir qabaq alın şüşəsinə yapışdırılan telefona və qəza baş verir.
Telefon təkcə taksi sürücülərini deyil, digər sürücüləri də qəzaya salır. Rayon yollarında, eləcə də Bakıda yoldan çıxıb aşan, həmçinin yol kənarında və yolda yerləşən qurğulara çırpılan avtomobil sürücüləri ilkin ifadələrində "başım teletona qarışmışdı" deyir. Amma müstəntiq qarşısında olanda tormoz tutmadi, qarşıma it çıxdı kimi bəhanələr səsləndirirlər. Telefon yüksək sürətli yolda, xüsusən gecə vaxtı çox ciddi təhlükə mənbəyidir...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh