Yeni dəyişiklik sürücülərə nə vəd edir? - Elekron kabinetin üstünlükləri

Yazarlar 9 İyun 2019 00:01 Oxunub 2578
Yeni dəyişiklik sürücülərə nə vəd edir? - Elekron kabinetin üstünlükləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kameralarla qeydə alınan qayda pozuntuları barədə bildiriş həm də SMS-lə gəlir

Elektron Protokol tərtib edilmək əvəzinə inzibati tənbeh vermə haqqında Elektron Qərar verilməsi ilə əlaqədar prosedura dəyişilik edilib. Bu dəyişikliklə bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlama verib. O, bildirib ki, yeni dəyişiklikdə sürücülərin hüquqlarının qorunması əsas götürülüb: “Son zamanlar yol hərəkəti haqqında qanuna edilən dəyişikliklər sürücülərin hüquqlarının genişləndirilməsinə xidmət edir. Yeni dəyişiklik sürücülərin qərarsız cərimə verilməsi ilə bağlı ittihamlarını aradan qaldıracaq. Əslində dəyişiklik böyük bir yenilik hesab olunmur. Sadəcə qərarda texniki dəyişiklik edilib. Əvvəllər sürücünün qərarla bağlı şikayət etmək hüququ 10 gün idisə, artıq 20 gün müddətinə qədər uzadılıb. Bir müddətdir ki, elektronlaşma prosesi gedir. Artıq inzibati xətalar elektron formada yazılır. Nəticədə sürücünün törətdiyi xəta Dövlət Yol Polisinin Mərkəzi Məlumat sisteminə avtomatik düşür.

 

Sürücülərin “Elektron Kabinet” yaratması məqsədəuyğundur.

Asanpay.az saytında “Elektron Kabinet”i olan sürücülər barədə tərtib olunan elektron qərarı 1 gün ərzində yerləşdirilməməsi fonunda, sürücü məsuliyyətdən azad olunur. Məsələn, sürücü radara düşüb. Bu xəta 1 gün ərzində “Elektron Kabinet”ə yerləşdirilməyibsə, sürücü məsuliyyətə cəlb oluna bilməz. Xətanın Elektron kabinetdə yerləşdirilməsi əvvəllər 1 ay müddətində idi. Lakin ölkə başçısının sərəncamından sonra 1 gün müddətinə təyin olundu. Sürücülərdən tələb olunur ki, asanpay.az saytında özləri üçün “Elektron Kabinet” yaratsınlar. Bunun üçün ödəniş tələb olunmur. Şəxsi kabinet yaratmaqla, sürücülər texniki baxış, hansısa cərimənin olması və ya hesablanması ilə bağlı məlumat əldə edə biləcəklər. Sürücülər yalnız “Elektorn Kabinet”də olan məlumatlara görə məsuliyyət daşıyır.

Radar bilgiləri və kamera görüntüləri artıq məktub şəklində göndərilmir.

Əvvəllər radar görüntüləri sürücülərə poçt vasitəsilə məktub şəklində göndərilirdi. Qanuna edilən dəyişiklikdən sonra görüntülər SMS vasitəsilə göndərilir. Sürücünün radara düşməsi ilə bağlı ətraflı məlumatı “Elektron Kabinet” vasitəsilə öyrənmək mümkündür”.

Qeyd edək ki, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta haqqında Elektron Protokol tərtib edilmək əvəzinə, inzibati tənbeh vermə haqqında Elektron Qərar verilib.Bununla bağlı Nazirlər Kabinetinin  "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərarın formalarının təsdiq edilməsi haqqında" qərarında müvafiq dəyişiklik edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüsal 10 İyun 2019 12:40
Radara düşən sürücü cəriməni neçə günnən tez ödüyə bilməz