"Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə azərbaycanlı təyin edilib

Avtoxəbər 11 İyun 2019 07:01 Oxunub 1690
"Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə azərbaycanlı təyin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib

"UAZ" və "Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir. O, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. Qeyd edilir ki, H.Hilqert 2018-ci ildən şirkətə başçılıq edib. Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh