Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO

Yol polisi 11 İyun 2019 08:17 Oxunub 1132
Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramazan Abdullayev 5 qat dünya çempionu Tural Bayramovun tələbəsidir

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. 

Avtosfer.az-ın  məlumata görə, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.  57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb. 

R.Abdullayev  erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.

Qeyd edək ki, R. Abdullayev K1 İctimai birliyinin ve "Best of the Best promotion group"un yetirməsidir. İdmançının müəllimi isə "K1 World Gran Pri"lərinin qalibi, "KOK dünya kəməri"nin sahibi, 5 qat dünya çempionu Tural Bayramovdur. Tural bayramov həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh