Yeni metro qatarlarının digərlərindən fərqi nədədir? - FOTOLAR

Yeniliklər 11 İyun 2019 13:35 Oxunub 3036
Yeni metro qatarlarının digərlərindən fərqi nədədir? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək

"Sifarişçinin tələbinə uyğun olaraq Bakıya gətirilən yeni qatarların bir sıra özəllikləri var".  Avtosfer.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni qatarların hər bir vaqonunda ayrıca mühərrik mövcuddur. "Adətən qatarda yalnız iki mühərrik olur ki, o da baş vaqonlara quraşdırılır. Amma Bakımetrosunun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub. Bundan əlavə, kondisioner sisteminə xüsusi diqqət yetirilib. Belə ki, tələbimizə uyğun olaraq vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə həmin kondisionerlərdən daimi istifadə etməyə imkan verir. Həmçinin bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək", - qurum rəsmisi qeyd edib.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh