Yol polisi məktəbliləri mükafatlandırdı – Rəsm əsərləri nümayiş olundu - FOTO

Yol polisi 11 İyun 2019 12:38 Oxunub 1124
Yol polisi məktəbliləri mükafatlandırdı – Rəsm əsərləri nümayiş olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yol hərəkəti qaydalari uşaqlarin gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cari ilin aprel ayında start verilmiş “Yol hərəkəti qaydalari uşaqlarin gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edərək mükafatlandırılıb. Avtosfer.az xəbər verir ki, müsabiqə «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində həyata keçirilib və böyük aktivlik müşahidə edilib. Belə ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə  keçirilmiş müsabiqəyə ümumilikdə 33 şəhər və rayondan 287 ədəd rəsm əsəri təqdim olunub. 
Daxili İşlər və Təhsil nazirliklərinin birgə səmərəli əməkdaşlığının daha bir bariz göstəricisi olan sözügedən müsabiqədə tam orta məktəblərlə yanaşı, lisey və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təmsilçiləri də yaxından iştirak ediblər. 
Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin etmək məqsədilə mütəxəssis və KİV təmsilçisi dəvət edilmiş və qaliblər onların rəyi nəzərə alınmaqla  kollegial qaydada müəyyən olunub. 
Mövzunun əhatə olunması, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyyarlara əsaslanaraq Bərdə rayon məktəblisi Nəsibli Xumar Samir qızı I, Siyəzən rayon məktəblisi Məlikov Murad Babək oğlu II və Şuşa rayon məktəblisi Şirinova Rəna Amil qızı III yerin qalibi olaraq seçiliblər. 
Qaliblər iyunun 8-də Baş DYP İdarəsində rəhbərlik tərəfindən qəbul edilib və mükafatlandırılıblar. 
Qeyd edək ki, müsabiqəyə təqdim olunan rəsm əsərlərindən ibarət albomun hazırlanması, onların sərgilərdə nümayiş olunması və qaliblərin təbliğat xarakterli tədbirlərə cəlb edilməsi növbəti addım kimi nəzərdə tutulub ki, burada da məqsəd ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən təbliğat-təşviqat və maarifləndirmə işlərinə yeni töhvələr verməkdir. 
 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh