Hərbçilərin olduğu avtomobil arakəsmələrə çırpıldı: 2 ölü, 1 yaralı - FOTO

Qəzalar 15 İyun 2019 13:36 Oxunub 2072
Hərbçilərin olduğu avtomobil arakəsmələrə çırpıldı: 2 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çavuşlar Nevşəhərdə keçirilən təlimdən sonra  həftə sonu tətilini keçirmək üçün Mersinə gedirlərmiş

Türkiyənin Mersin vilayətində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki,  insident səhər saatlarında Tarsus-Adana-Qaziantep magistral yoluda qeydə alınıb.

Məlumata görə, çavuş Sərkan Çəlikin idarə etdiyi 60 AS 123 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü Sərkan Çəlik ağır xəsarətlər alıb. Sərnişinləri çavuş Sinan Arslan və çavuş Fatih Şahin hadisə yerində həyatlarını itiriblər.

Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Çavuşlar Nevşəhərdə keçirilən təlimdən sonra  həftə sonu tətilini keçirmək üçün Mersinə gedirlərmiş.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh