“Hispano Suiza” yeni modelini təqdim etdi - FOTO

Avtoxəbər 17 İyun 2019 19:18 Oxunub 1308
“Hispano Suiza” yeni modelini təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir modelin qiyməti 2.2 milyon avro nəzərdə tutulub

“Hispano Suiza Automobile Manufaktur AG” şirkəti yeni modelini təqdim edib. Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, ispan şirkətinin ilk seriya istehsalı olan hiperkarı təqdim edilib. Yeni model yerindən 100 km/saat sürəti 2.8 saniyəyə əldə edir. “Maguari HS1 GTC” adlı yeni model V10 obrazlı, 5.2 litr həcmli mühərriklə təchiz edilib. Mühərrik “Lamborghini Huracan” modelindən götürülüb. 7 pilləli sürətlər qutusu ilə çalışan mühərrikin maksimal sürəti 380 km/saatdır. Kupe alüminium və karbondan hazırlanıb. Avtomobilin çəkisini 1780 kq təşkil edir. Şirkət 300 ədəd hiperkar istehsalını planlaşdırır. Bir modelin qiyməti 2.2 milyon avro nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh