Ailəsi 21 yaşlı Nuranəni axtarır - FOTO

Gündəm 19 İyun 2019 10:49 Oxunub 738
Ailəsi 21 yaşlı Nuranəni axtarır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkildə gördüyünüz qadını tanıyanlardan bu nömrələrə zəng vurmaları xahiş olunur

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a məlumat verilib.

Dadaşova Nuranə Ədalət qızının əlamətlərinə gəlincə, bildirilir ki, boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə - 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh