Bakıda ŞOK piyadavurma VİDEOSU

Avtosfer TV 19 İyun 2019 12:47 Oxunub 1623
Bakıda ŞOK piyadavurma VİDEOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Ola bilsin bir, iki, üç sürücü səni vurmasın, amma dördüncü vursun"

Son aylarda ölkə ərazisində, xüsusilə paytaxt Bakıda piyadavurma halları artıb. Burda əsas səbəblərdən biri də piyada səhlənkarlığıdır. Bir çox hallarda piyadalar nəzərdə tutulmayan yerlərdən keçir, magistral yollarda, yüksək sürətlə avtomobillərin hərəkət etdiyi ərazilərdə yolu keçməyə cəhd edirlər. Çox zaman isə bu ölümlə nəticələnən piyadavurmalara səbəb olur. Avtosfer.az-ın təqdim etdiyi videoda da analoji hal yaşanır. Piyada magistral yolda düz ortada dayanıb. Yola çıxan zaman zaman avtomobil sürücülərindən biri maşını qaçırdır və piyadanı vurmur. Lakin bir neçə addım irəliləyən piyada ikinci avtomobil tərəfindən vurulur.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür hallarda məsuliyyət sürücünün üzərində olmamalıdır. “Təəssüf ki, mövcud qanunvericiliyə əsasən günah həmişə sürücüdə olur. Amma bu görüntülərdən də aydın olur ki, piyada burda sanki “intihar edir.” Birinci avtomobildən canını qurtarsa da ikinci tərəfindən vurulur. Bəzən yolu keçəndə “onsuz da sürü məni görüb dayanacaq” düşüncəsi ilə hərəkət edənlər var. Amma bilmək lazımdır ki, ola bilsin bir, iki, üç sürücü səni vurmasın, amma dördüncü vursun. İnsan həyatı yəni o qədər qiymətsizdir ki, bu cür addımlar atırlar?”

Avtosfer.az videonu təqdim edir:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh