Yol polisi qayda pozdu; qəzadan son anda qurtuldu - REAL VİDEO

Yol polisi 19 İyun 2019 16:23 Oxunub 3400
Yol polisi qayda pozdu; qəzadan son anda qurtuldu - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşıdan gələn yük maşını və digər avtomobillər üçün təhlükə yaradıb

Bakının Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib. Videodan görünür ki, 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir. Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir. Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır.(Report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh