Toy yasa döndü, iki qardaşın faciəvi ölümü - MƏHKƏMƏ İŞİ

Gündəm 19 İyun 2019 20:39 Oxunub 848
Toy yasa döndü, iki qardaşın faciəvi ölümü - MƏHKƏMƏ İŞİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib

Bakı-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmə hazırlıq iclası iyun ayının 24-nə təyin olunub. Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili “KamAZ” markalı 09 BL 969 nömrəli yük maşınına çırpılıb. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Qəza nəticəsində dünyasını dəyişən iki qardaş 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılıb. Məlumata görə, Zəkiyev qardaşları “Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. İş üzrə yük maşınının sürücüsü Ağayev Əlabbas Bəşir oğlu təqsirkar şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü, yəni  Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh