Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI

Gündəm 20 İyun 2019 11:49 Oxunub 576
Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Burada isə birinci yeri “Qatar Airways” şirkəti tutub

“Skytrax” beynəlxalq təşkilatın aviasiya xidməti üzrə qiymətləndirilməsinə görə dünyada ən təmizkar aviaşirkət Tayvanın “EVA Air” şirkətidir. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, “EVA Air” reytində “Japan Airlines” və “ANA All Nippon Airways” şirkətlərini qabaqlayıb. Siyahının 4-cü və 5-ci yerlərində müvafiq olaraq “Singapore Airlines” və “Asiana Airlines” aviaşirkətləri qərarlaşıb.

Bundan başqa, ən təmizkar aviaşirkətlərin reytinqinə “Hainan Airlines” (Çin), “Swiss International” (İsveçrə), “Cathay Pacific” (Honkonq), “Qatar Airways” (Qətər) və “Lufthansa” (Almaniya) daxil edilib.

Həmçinin, “Skytrax” 2019-cu ilin ən yaxşı büdcəsinə malik aviaşirkətlərin reytinqini dərc edib. Bu istiqamət üzrə Malayziyanın “AirAsia” şirkəti lider olub. Bundan başqa, “Skytrax” ən yaxşı hava yollarının siyahısını təşkil edib. Burada isə birinci yeri “Qatar Airways” şirkəti tutub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh