Bakıda evdən pul və 5 ədəd qol saatı oğurlayan şəxs saxlanılıb - FOTO

Gündəm 20 İyun 2019 12:05 Oxunub 666
Bakıda evdən pul və 5 ədəd qol saatı oğurlayan şəxs saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Bakıda evdən pul və qol saatı oğurlayan şəxs saxlanılıb.  DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, maddi sübutlar ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh