Bakıda yolayrıclarında baş vermiş qəzaların Yeni VİDEOsu

Avtosfer TV 20 İyun 2019 12:30 Oxunub 1904
Bakıda yolayrıclarında baş vermiş qəzaların Yeni VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki halda yol ayrıcının keçilmə qaydası pozulur

Bakıda baş vermiş avtomobil qəzalarının yeni videosu yayılıb. Avtosfer.az xəbər verir ki, videoda ilk qəza Rəsulzadə prospektində baş verir. “Varovski kruqu” kimi tanınan ərazidə dairəyə girən “Lada Priora” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığı olduğu halda sağdan gələn nəqliyyat vasitəsini buraxmır. Bu zaman öz yolu ilə gələn avtomobil ona çırpılır.

İkinci video isə hər zaman qəzaların baş verdiyi nöqtədir. Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində iki avtomobil toqquşur. Koroğlu Rəhimov istiqamətindən gələn avtomobil əks tərəfdən gələn avtomobili buraxmır və Həsən Əliyev küçəsinə dönmək istəyir. Bu zaman qəza baş verir. Hər iki halda sürücülər yol ayrıcının keşimə qaydasını pozur. Videonu təqdim edirik:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh