Çingiz Qənizadə seçicilərinə söz verdi

Avtoxəbər 20 İyun 2019 13:21 Oxunub 1022
Çingiz Qənizadə seçicilərinə söz verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputatla görüş zamanı Ağammədli kəndinin seçiciləri ümumi problemləri diqqətə çatdırıblar.

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Ağammədli kəndində seçiciləri ilə görüşüb.

Modern.az xəbər verir ki, deputatla görüş zamanı Ağammədli kəndinin seçiciləri ümumi problemləri diqqətə çatdırıblar.

Daha sonra parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son günlərdə minimum əmək haqlarını 250 manata qaldırması,müəllimlərin, hərbçilərin maaşının artırılması istiqamətində atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.

Çingiz Qənizadə kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib və sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh