Yol polisi bütün rəqiblərini məğlub edərək dünya çempionu oldu - FOTO - VİDEO

Yol polisi 20 İyun 2019 22:02 Oxunub 2429
Yol polisi bütün rəqiblərini məğlub edərək dünya çempionu oldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tural Bayramov daha bir uğura imza atıb

Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub. Avtosfer.az xəbər verir ki, kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.

Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, Tural Bayramov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşı, polis serjantıdır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh