"Formula 1" üzrə Fransa Qran-prisi başlayır

Yarışma 21 İyun 2019 10:16 Oxunub 1486
"Formula 1" üzrə Fransa Qran-prisi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təsnifat mərhələsi saat 17:00-a təyin olunub

Bu gün "Formula 1" üzrə Fransa Qran-prisi start götürəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mövsümün 8-ci yarışı "Pol Rikar" trasında reallaşacaq. Bu gün Bakı vaxtı ilə saat 13:00 və 17:00-da iki sərbəst yürüş olacaq. Üçüncü sərbəst yürüş iyunun 22-də saat 14:00-da başlayacaq. Təsnifat mərhələsi saat 17:00-a təyin olunub. Bazar günü keçiriləcək yarış isə saat 17:10-da start götürəcək. Qeyd edək ki, 7 mərhələdən sonra "Mercedes"in pilotu Lüis Hemilton 162 xalla liderdir. Onu 133 xalla komanda yoldaşı Valtteri Bottas izləyir. "Üçlüy"ü qapayan "Ferrari"nin sürücüsü Sebastyan Fettelin isə 100 xalı var.

Bu il 26 - 28 apreldə baş tutan Azərbaycan Qran-prisininq qalibi Bottas olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh